Allah Rəsulu -salləllahu aleyhi va səlləm- Muaz bin Cəbəli - Allah ondan razı olsun - Yəmənə Allahın dininə dəvət edən və müəllim olaraq göndərdiyi zaman xristian bir qövmlə qarşılaşacağını və onlara qarşı hazırlıqlı olmasını söyləmişdir. Sonra da onları ən önəmli olan xüsusdan başlayaraq dəvət etməsini nəsihət etmişdir. Allahdan başqa haqq bir ilah olmadığına, Muhammədin -salləllahu aleyhi va səlləm- də Onun Rəsulu olduğuna şahidlik edərək öncəliklə onların əqidələrini islah etməyə dəvət etmişdir. Çünki onlar, İslama şəhadət kəlməsini tələffüz edərək daxil olarlar. Əgər bunu qəbul edərlərsə,namaz qılmalarını onlara əmr et, çünki namaz tövhiddən sonra ən əzəmətli fərzdir. Əgər onlar namaz qılmağı qəbul edərlərsə, zənginlərinə mallarının zəkatını yoxsullara vermələrini əmr etmişdir. Sonra Allah Rəsulu -salləllahu aleyhi va səlləm- Muaz bin Cəbəli -Allah ondan razı olsun - zəkat olaraq onların mallarının ən yaxşısını götürməsindən çəkindirmişdir. Çünki fərz olan orta keyfiyyətdə olan mallardan zəkatın verilməsidir. Sonra Rəsulullah -salləllahu aleyhi va səlləm- Muaz bin Cəbələ - Allah ondan razı olsun - məzlumun ona bəd dua etməməsi üçün zülmdən çəkinməyi nəsihət etmişdir. Çünki məzlumun duası geri çevrilməz.