Peyğəmbər -salləllahu aleyhi va səlləm- bu hədisdə Allah qatındakı dərəcəsini və həmçinin İbrahimin -aleyhissəlam- Allah qatında məhəbbətin ən yüksək dərəcələrinə çatdığı kimi, onun da məhəbbətin ən yüksək dərəcələrinə çatdığını xəbər vermişdir. Elə buna görə də özünün Allahdan başqa dostunun olmasını inkar etmişdir. Çünki qəlbi Uca Allaha olan məhəbbəti, Onu təzim etməsi və Onu tanıması ilə dolmuş və qəlbində Allahdan başqasına yer qalmamışdır. Əgər Peyğəmbər -salləllahu aleyhi va səlləm- insanlardan birini özünə dost tutsaydı, o zaman bu Əbu Bəkir -Allah ondan razı olsun- olardı. Sonra Peyğəmbər -salləllahu aleyhi va səlləm- sevgidə həddi aşan yəhudi və xristianların etdikləri kimi peyğəmbərlərinin və aralarındakı saleh kimsələrin qəbirlərini ilahiləşdirərək oranı Allahdan başqa ibadət edilən yerlərə çevirməkdən və o qəbirlər üzərində məscidlər və ibadətgahlar bina etməkdən çəkindirmişdir. Peyğəmbər -salləllahu aleyhi va səlləm- ümmətinə yəhudi və xristianların etdikləri bu əməli qadağan etmişdir.