Peyğəmbər -salləllahu aleyhi va səlləm- bu hədisdə bir müsəlmanın müsləman qardaşı üzərindəki haqqlarından bəzilərini bəyan etmişdir. Bu haqqlardan birincisi, salam verən kimsənin salamını almaqdır. İkincisi: Xəstənin ziyarət edilməsidir. Üçüncüsü: Cənazəni evindən cənazə namazı qılınan yerə gətirilməsinə, oradan da məzarlığa dəfn edilməsinə qədər müşayiət etməkdir. Dördüncüsü: Toya və s. buna bənzər məclislərə dəvət ediləndə qardaşının dəvətinə icabət etməkdir. Beşincisi: Asqırdıqda: (Əlhəmdulilləh) deyən kimsəyə: (Yərhəmukəllah) (yəni: Allah sənə rəhm etsin) deməkdir. Asqıran kimsə də buna cavab olaraq: (Yəhdikumullahu va yuslih bələkum) (yəni: Allah sizi doğru yola yönəltsin və halınızı islah etsin) deyə cavab verir.