explain-icon

Şərh (izah)

Peyğəmbər (Allahın salamı və salavatı onun üzərinə olsun) müsəlmana - Allahın və Onun rəsulunun münkər qəbildən olan hər bir qadağasını - gücü çatacağı qədər dəyişməyi əmr etmişdir. Əgər bir şəxs münkər görərsə, gücü çatırsa, onu əli ilə dəyişməsi vacibdir. Əgər bunu bacarmazsa, onu diliylə dəyişməlidir. Yəni: həmin əməl sahibini o pis işdən çəkindirməli, bu əməlin ona olan zərərini bəyan etməli və onu, bu şərin əvəzinə xeyirli bir işə yönəltməlidir. Əgər bu üslubla da bacarmazsa, bu zaman onu qəlbiylə dəyişməlidir. Yəni: o əmələ qəlbi ilə nifrət etməli və gücü çataçağı təqdirdə onu dəyişəcəyinə əzm etməlidir. Münkəri qəlblə inkar etmək, münkəri dəyişmədə imanın ən zəif dərəcəsidir.

explain-icon

Hədisin faydalarından

  • Bu hədis, münkərin dəyişdirilmə mərtəbələrin izah edən əsas hədisdir.
  • Münkəri qadağan etmədə tədricilik və hər kəsin bacarığı və qüdrəti daxilində olmasına edilən əmr.
  • Münkərdən çəkindirmək, dində hər bir müsəlmana vacib olan əzəmətli mövzudur və hər bir müsəlman da bacardığı qədər bununla mükəlləfdir.
  • Yaxşılığı əmr edib, münkərdən çəkindirmə imanın xüsusiyyətlərindəndir. İman artır və azalır.
  • Münkərdən çəkindirmədə edilən bu felin münkər olduğunu bilmək şərtdir.
  • Həmçinin münkəri dəyişdirdikdə ondan da daha böyük bir münkərin ortaya çıxmaması, münkəri dəyişdirməkdə olan şərtlərdən biridir.
  • Münkərdən çəkindirmənin ədəb və şərtləri vardır, müsəlmanın onları öyrənməsi vacibdir.
  • Münkəri inkar etmək şəri siyasəti bilməyi, elm və bəsirət sahibi olmağı tələb edir.
  • Münkəri qəlb ilə də olsa inkar etməmək, imanın zəyif olduğuna dəlalət edir.
explain-icon

Kateqoriyalar

explain-icon

Əlavə