Abdullah bin Məsud - Allah ondan razı olsun- rəvayət edir ki, Allah Rəsulu -salləllahu aleyhi va səlləm- belə buyurmuşdur: "İfratçılar həlak oldular" Bunu üç dəfə təkrar etmişdir. Sahih/Authentic. - Muslim
explain-icon

Şərh (izah)

Peyğəmbər -salləllahu aleyhi va səlləm- din və dünyalarında, söz və əməllərində Allah Rəsulunun -salləllahu aleyhi va səlləm- gətirdiyi şəri hüdudları aşan hidayət və elmdən uzaq olan kimsələrin xüsran və məyusluq içində olduqlarını xəbər vermişdir.

explain-icon

Hədisin faydalarından

  • Hər bir işdə ifrata varmaq və həddi aşmaq haram edilmişdir. Xüsusən də ibadətlərdə və saleh kəslərin təzim edilməsi kimi işlərdə bunlardan çəkinməyə təşviq edilmişdir.
  • İbadət və diğər işlərdə şəriətin tələblərinə tabe olaraq kamil olanı etməyə çalışmaq təriflənən bir əməldir.
  • Önəmli olan bir işin təkrar vurğulanması müstəhəbdir. Çünki Peyğəmbər -salləllahu aleyhi va səlləm- bu cümləni üç dəfə təkrarlamışdır.
  • İslamın xoşniyyət və asanlıq dini olması.
explain-icon

Kateqoriyalar

explain-icon

Əlavə