Peyğəmbər -salləllahu aleyhi va səlləm- bizə arak ağacı və ona bənzər şeylər ilə dişləri fırçalamağın ağzı qida qalıqları və pis qoxulardan təmizlədiyini xəbər vermişdir. Misvakdan istifadə etmək Uca Allahın qulundan razı olmasının səbəblərindən biridir. Çünki bu əməldə Allaha itaat və Onun əmrinə boyun əymək və həmçinin Allahın sevdiyi təmizlikdən bir pay vardır.