Peyğəmbər -salləllahu aleyhi va səlləm- bu hədisdə Uca Allahdan və Onun ad və sifətlərindən başqası adına and içən kimsənin Allaha küfür etdiyini yaxud Ona şərik qoşduğunu xəbər vermişdir. Çünki kişinin bir şeyə and içməsi, onun and içdiyi şeyi təzim etdiyinə görədir. Bütün təzim və böyüklük isə yalnız tək Allaha aiddir. Buna görə də yalnız Uca Allaha və Onun ad və sifətlərinə and içilər. Bu and kiçik şirkin bir növüdür. Lakin and içən kimsə Allahdan başqa and içdiyini Allahı təzim etdiyi kimi yaxud ondan daha çox təzimlə and içərsə, bu zaman onun bu andı böyük şirk növünə daxil olar.