Peyğəmbər -salləllahu aleyhi va səlləm- bu hədisdə insanlara borc verən və ya uzun müddətli ödəmə ilə satış edən bir adam barədə xəbər vermişdir. O, insanlardan borclarını toplayan xidmətçisinə belə deyərdi: İmkanı olmadığına görə bizə olan borcunu qaytara bilməyən kimsənin yanına borcu tələb etməyə getdiyində, alacağını almaqda israrlı olmayıb ona möhlət verməklə borcundan keç. Yaxud naqis olsa da verdiyini qəbul edib borcundan keç. O, bütün bunları Uca Allahın onun günahlarından keçərək əfv edib bağışlamasını ümid edərək etmişdir. Bu adam vəfat etdiyində, Uca Allah da onu əfv edib günahlarını bağışladı.