Əbu Hureyradan -Allah ondan razı olsun- rəvayət edilir ki, Peyğəmbər -salləllahu aleyhi va səlləm- belə demişdir: "Allahım! Qəbrimi ibadət edilən bir büt (ibadət və sitayiş yeri) etmə! Peyğəmbərlərinin qəbirlərini məscidlər(ibadətgah) edən qövmə Allah lənət emişdir". Sahih/Authentic. - Ahmad
explain-icon

Şərh (izah)

Peyğəmbər -salləllahu aleyhi va səlləm- Rəbbinə qəbrinin insanların təzim edərək ibadət edilən bütə çevirilməməsi və ona yönələrək səcdə edilməməsi üçün dua etdi. Sonra Peyğəmbər -salləllahu aleyhi va səlləm- peyğəmbərlərinin qəbirlərini məscidlərə çevirənlərin Allahın rəhmətindən qovulduqlarını xəbər verdi. Çünki qəbirləri məscidlərə çevirmək onlara ibadət etməyə və onların xeyir və ya zərər verə biləcəyinə etiqad etməyə səbəbdir.

explain-icon

Hədisin faydalarından

  • Peyğəmbərlərin və salehlərin qəbirlərində şəriətin qoyduğu həddi aşmaq, o qəbirləri Allahdan başqa ibadət olunan yerlərə çevirir. Şirkə vəsilə olan hər bir şeydən çəkinmək vacibdir.
  • Qəbir sahibinin Allaha nə qədər yaxın olub olmamasından asılı olmayaraq, qəbirlərinin təzim edilmək və yanında ibadət etmək üçün ziyarət edilməsi icazəli deyildir.
  • Qəbirlər üzərində məscidlərin bina(təsis) edilməsinin haram olması.
  • Cənazə namazı müstəsna olmaqla qəbirlər yanında namaz qılmağın haram olması.
explain-icon

Kateqoriyalar

explain-icon

Əlavə