Peyğəmbər (Allahın salamı və salavatı onun üzərinə olsun) bu hədisdə bizə, beş vaxt fərz namazı qılıb, nafilə olaraq başqa namaz qılmayan, Ramazan orucunu tutub, nafilə olaraq başqa nafilə oruc tutmayan, halalların halal olduğunu etiqad edib, onları edən və haramların da haram olduğunu etiqad edib, onlardan çəkinən kimsənin Cənnətə girəcəyini bəyan etmişdir.