Allah Rəsulu (Allahın salamı və salavatı onun üzərinə olsun) zahiri təmizliyin dəstəmaz və qüsl ilə olacağını və bunun namazın şərti olduğunu xəbər vermişdir. Peyğəmbərin (Allahın salamı və salavatı onun üzərinə olsun) "Əlhəmdulilləh tərəzini doldurur"- sözü, Uca Allaha tərifdir və Onu kamal sifətlərlə vəsf etməkdir. Bu söz, qiyamət günü tərəzidə çəkiləcək və əməllər tərəzisini dolduracaqdır. Peyğəmbərin (Allahın salamı və salavatı onun üzərinə olsun) "Subhənallah və əlhəmdulilləh"- sözü, Uca Allahı təzim edib, Onu bütün nöqsanlardan tənzih etmək və Onu, Cəlalına layiq bir şəkildə kamal sifətlərlə vəsf edərək, Ona məhəbbət bəsləmək göylər və yer arasını doldurur. Peyğəmbərin (Allahın salamı və salavatı onun üzərinə olsun) "Namaz nurdur"- sözü, qulun qəlbində, üzündə, qəbrində və həşr edildiyində nur olacağı ifadə edilmişdir. "Sədəqə bürhandır"- sözü, möminin imanında səmimi olduğuna və imanının qarşılığında veriləcək vədə inanmadığı üçün ondan üz çevirən münafiqdən fərqli olduğuna dəlildir. Habelə "Səbr işıqdır" kəlməsi - nəfsin dözümsüzlüyə və qəzəbə qarşı özünü saxlmaq mənasını daşıyır və məlumdur ki, nur - günəş işığı kimi istiliklə, yanğınla hasil olur, ona görə də, səbr insan üçün məşəqqətlidir, müsəlman nəfslə mubarizə aparmalı və bu səbrlə nəfsin istəklərinin qarşısını almalıdır. Bu səbr- Allaha itaətdə , gunahları dəf etməkdə, bu dünyada baş verən bəlalara və müxtəlif növ müsibətlərə tab gətirməkdə olmalıdır. Belə olan halda səbr sahibi haqq üzərində davamlı işıq saçan olmuş kimidir. "Quran ya sənin leyhinə dəlildir" - tilavətiylə və ondan qaynaqlanan əməlləri tətbiq etdiyinə görə sənin lehinə dəlildir, "ya da aleyhinə dəlildir" - ondan qaynaqlanan əməlləri və tilavətini tərk etməklə sənə qarşı hüccətdir. Sonra Allah rəsulu (Allahın duası və salamı onun üzərinə olsun) xəbər verir ki, bütün insanlar yataqlarından qalxıb evdən çıxaraq yer üzünə yayılır və müxtəlif işlər görürlər. onlardan bir qismi Allaha itaət üzərində olaraq özlərini cəhənnəmdən xilas edir, bir qismi isə bu yoldan azaraq haramlara düşür və cəhənnəmə daxil olaraq özlərini həlak edirlər.